Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib

Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib

16 Oktyabr 2020 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, görüşdə əsas müzakirə mövzusunun Rusiya və ABŞ arasında strateji hücum silahlarının ixtisarı haqqında müqavilənin uzadılması ilə bağlı aparılan dialoq və Qarabağ məsələsinin olduğunu bildirib.

Qeyd edək ki, iclasda Rusiya baş naziri, xarici işlər naziri, Federasiya Şurasının sədri, Təhlükəsizlik Şurasının sədrinin müavini, Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri, DİN rəhbəri, FTX rəhbəri və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri iştirak edib.

Oxuməni.az