Koronavirusa yoluxma təhlükəsi ilə bağlı Lyayen yenidən karantinə alınıb

Koronavirusa yoluxma təhlükəsi ilə bağlı Lyayen yenidən karantinə alınıb

16 Oktyabr 2020 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen koronavirus daşıyıcısı ilə ünsiyyət səbəbindən yenidən karantinə gedib.

Oxuməni.az euronevvs-ə istinadən xəbər verir ki, o, təcili olaraq Aİ-nin Brüsseldə keçirilmiş sammitini tərk edib. Ursula fon der Lyayen bunun ehtiyat tədbiri olduğunu bildirib. Belə ki, bir neçə gün öncə onun aparatının işçilərindən birində koronavirusa yoluxma qeydə alınıb. Xatırladaq ki, oktyabrın əvvəlində Ursula von der Lyayen artıq karantinə getmişdi. Buna görə də o, Ukrayna-Aİ sammitində iştirak edə bilməyib. Sammitdə Lyayeni Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel əvəz edib. Belçikada sanitariya qaydalarına əsasən, virus daşıyıcısı ilə ünsiyyətdə olan şəxs bir həftəlik karantinə alınır. Lyayenin infeksiya ilə bağlı verdiyi test isə mənfi çıxıb.

Oxuməni.az