İrina Vlax : "Mən dinimə görə deyil, qan yaxınlığına  görə qan qardaşlarımlayam"

İrina Vlax : "Mən dinimə görə deyil, qan yaxınlığına  görə qan qardaşlarımlayam"

16 Oktyabr 11:18
271
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən dinimə görə deyil, qan yaxınlığına görə qan qardaşlarımlayam".
Oxuməni.az xəbər verir ki, bunu bazar günü Instagramdakı səhifəsində Qaqauziya başkanı Irina Vlax yazıb. Jurnalist Mixail Sirkelinin sözlərinə görə, bu postu rəsmi bəyanat kimi qiymətləndirmək olar, çünki o, Qaqauziyanın rəhbərinin rəsmi səhifəsində dərc edilib. "Bu cür fikirlərlə Moldova siyasətçilərinə çox ehtiyatlı olmaq, bu münaqişədə kiminsə tərəfini qəbul etməmək lazımdır",-deyə Sirkeli nokta.md-ə açıqlamasında deyib.

"Türk Dünyası" adlanan Tvitter-də belə də yazılıb: “Eyni dinə mənsub olan ermənilərin deyil, qan qardaşlarımız olan azərbaycanlıların yanındayıq".
Bundan belə nəticə çıxarmaq olar ki, Vlax bu il sentyabrın sonlarında azərbaycanlılarla ermənilər arasında başlayan münaqişəyə öz münasibətini rəsmi şəkildə bildirib. Sirkeli sonra yazır: "Hər halda, biz "Türk dünyası" Tvitter kanalı tərəfindən dərc olunan bu sözlərin təkzib olunduğunu görmədik".

PS

İrina Vlaxın Azərbaycanı müdafiə etməsi nə üçünsə cənab Sirkelinin xoşuna gəlmir və o az qala bunun Qaqauziyada etnik qarşıdurmaya gətirib çıxara biləcəyinə işarə vurur. Lakin Sirkelinin bu təşvişi əsasızdır və İrina Vlaxı açıq şəkildə qan qardaşlarını dəstəkləməsinə görə alqışlamaq lazımdır.

Emin Axund