Pakistanda iki terror aktı həyata keçirilib

Pakistanda iki terror aktı həyata keçirilib

16 Oktyabr 2020 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Şimali Vəziristan bölgəsindəki Bəlucistan əyalətində iki terror hücumu nəticəsində 12 xüsusi xidmətin əməkdaşı və hərbçisi həlak olub.

Oxuməni.az xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.

Ölənlərdən altı nəfər Qvadar adlanan rayonda naməlum silahlıların dövlətə məxsus "Oil & Gas Development Company Ltd" (OGDCL) şirkətinin maşın karvanına hücum etməsi nəticəsində, digər altı hərbçi isə Razmak adlanan ərazidə partlayıcının işə düşməsi nəticəsində həlak olublar. Cinayətkarların axtarışı davam edir.

Oxuməni.az