"Günahsız insanlara atəş açırsınızsa, deməli, artıq əsgər deyilsiniz, sadəcə quldursınız”

"Günahsız insanlara atəş açırsınızsa, deməli, artıq əsgər deyilsiniz, sadəcə quldursınız”

15 Oktyabr 2020 13:34
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarında azad edilmiş yeni ərazilər barədə məlumat verdi. Bu, Azərbaycan Ordusunun mənəvi və texniki üstünlüyü sayəsində mümkün olub.

Oxuməni.az xəbər verir ki, bu sözləri NATO-ya üzv olan Rumıniya donanmasının kontr-admiralı Romulus Xaldan axar.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Ordusunun Ermənistan qoşunlarından, xüsusən də Qarabağ separatçılarının silahlı birləşmələrindən hər cəhətdən daha üstün olduğu göz qabağındadır.

Admiralın sözlərinə görə, məhz Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının üstünlüyü və uğurları Gəncəyə raket zərbəsi endirmək əmri verən Ermənistanın hərbi-siyasi rəhbərliyinin “qəzəbi”nə səbəb olub:

“Bu uçuş missiyasının tətbiqi üçün əmr verən, təqdimat edən və bunu başladan hər kəs günahkardır. Aydındır ki, müharibə aristokratlar arasında duel deyil, hiylə və güc rəqabətidir. Ancaq günahsız insanlara atəş açırsınızsa, deməli, artıq əsgər deyilsiniz, sadəcə quldursınız”.

Oxuməni.az