Qırğızıstan prezidenti tutduğu vəzifəsindən istefa verib

Qırğızıstan prezidenti tutduğu vəzifəsindən istefa verib

15 Oktyabr 2020 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan prezidenti tutduğu vəzifəsindən istefa verib.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı prezident Jeenbekov mətbuata verdiyi açıqlamasında deyib ki, yeni hökumətin təyin edilməsi cəmiyyətdə gərginliyi aradan qaldırmayıb, etirazlar səngimir və onlar hələ də onun dərhal istefasını tələb edirlər. "Mən hakimiyyətdə güclə qalmaq niyyətində deyiləm. Qan tökən və öz vətəndaşlarına atəş açan prezident kimi ölkə tarixində qalmaq istəmirəm", - deyə Jeenbekov bildirib.

Dövlət başçısı müxalif siyasətçiləri tərəfdarlarını küçələrdən çıxarmağa çağırıb. "Heç bir hakimiyyət ölkəmizin bütövlüyünə və cəmiyyətdə həmrəyliyə dəyər deyil", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 4-də Qırğızıstanda parlament seçkiləri keçirilib. Seçkilərdə İştirak edən 16 partiyadan yalnız 4-ü seçki baryerini keçə bilib. Rəsmi nəticələr isə ölkədə kütləvi etirazlara səbəb olub. Nümayişçilər parlamentin binasını ələ keçiriblər. Nəticədə seçkilərin nəticələri etibarsız sayılıb. Bunun ardınca isə Baş nazir və parlamentin spikeri istefa verib.

Oxuməni.az