ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi iclas keçirib

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi iclas keçirib

30 Sentyabr 2020 10:11
Bəyəndim (2) Bəyənmədim (0)

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi iclas keçirib.

Oxuməni.az xəbər verir ki, iclasda ATƏT-ə 57 üzv dövlətin nümayəndələri iştirak edib.

İclası açan Daimi Şuranın sədri səfir İqli Həsəni toqquşmaların davam etməsi və təmas xəttindəki vəziyyətin pisləşməsindən narahatlığını bir daha bildirib. Artan itki saylarından narahat olan sədr təcili olaraq vəziyyəti sabitləşdirmək çağırışını təkrarlayıb, ölənlərin və yaralananların ailələrinə və yaxınlarına başsağlığı verib.

Minsk Qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ nümayəndələri həmsədrlərin bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmaq və münaqişənin davamlı həll yolunu tapmaq üçün danışıqları bərpa etmək barədə çağırışlarını bir daha təsdiqləyiblər.

Oxuməni.az