Ermənistana ABŞ, Fransa və Rusiya gizli dəstək verirlər

Ermənistana ABŞ, Fransa və Rusiya gizli dəstək verirlər

29 Sentyabr 09:23
134
Bəyəndim (2) Bəyənmədim (0)

Ermənistanın hazırkı təxribatı təsadüfi deyil.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin Yenidən Rifah Partiyası bəyanat yayıb.

“Ermənistan bu hücumlarla Azərbaycanın müstəqilliyinə xələl gətirir. Azərbaycan ermənilərin hücumlarına qarşı sadəcə özünümüdafiə haqqından istifadə edir. Eyni zamanda, bu kimi hücumlar regional sülhü təhlükəyə atacaq addımlardan sayılır. Qeyd etməliyik ki, İrəvanın xüsusilə ABŞ, Fransa və Rusiyanın gizli dəstəyini almadan təkbaşına genişmiqyaslı hücuma keçməsi mümkün görünmür.

Yenidən Rifah Partiyası olaraq Ermənistanın birtərəfli hücumlarını şiddətlə qınayırıq, dost və qardaş Azərbaycanın haqlı məsələsində hər zaman yanındayıq”, - bəyanatda bildirilib.

Oxuməni.az