İstanbulda taksi sürücüləri  arasında kütləvi dava düşüb

İstanbulda taksi sürücüləri arasında kütləvi dava düşüb

26 Sentyabr 2020 23:16
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün İstanbulun Esenyurt adlanan hissəsində bir qrup taksi sürücüsü arasında kütləvi dava düşüb.

Oxuməni.az xəbər verir ki, dava-dalaş zamanı dəyənəklərdən və odlu silahdan atəş açılıb. Atəş nəticəsində ağır xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq güllə yarası almış şəxslərdən 3-ü vəfat edib. Onlardan ikisi qardaşdır.

Faktla bağlı araşdırmalar aparılır. Hadisə zamanı atəş açan şəxs silahı ataraq ərazidən uzaqlaşıb.

Oxuməni.az