Bayden Trampı Belarusdakı vəziyyət barədə danışmaqdan imtina etməkdə günahlandırıb

Bayden Trampı Belarusdakı vəziyyət barədə danışmaqdan imtina etməkdə günahlandırıb

26 Sentyabr 2020 10:10
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizədi Cozef Bayden Ağ Evin hazırkı rəhbəri Donald Trampın artıq bir aydır ki, Belarusda yaşanan vəziyyətə münasibət bildirməkdən imtina etməsini sərt şəkildə tənqid edib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, siyasətçi bununla bağlı Reuters agentliyinə müvafiq bəyanat göndərib.

"Belarusda insan haqlarının tapdalanmasına baxmayaraq, prezident Tramp Aleksandr Lukaşenkonun hərəkətlərinə qarşı çıxmaqdan imtina edir və demokratiya tərəfdarlarına şəxsi dəstək verməkdən çəkinir", - deyə Bayden bildirib.

Oxuməni.az