Ukraynada təyyarə qəzası: Təyyarəni Rusiya vurubmu?

Ukraynada təyyarə qəzası: Təyyarəni Rusiya vurubmu?

26 Sentyabr 2020 07:46
Bəyəndim (2) Bəyənmədim (0)

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu "An-26" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, təyyarənin göyərtəsində 18 kursant və 5 heyət üzvü olub. Qəza nəticəsində 22 nəfər həlak olub. Hələlik qəzanın səbəbləri məlum olmasa da, onun Rusiya tərəfindən vurula biləcəyi ehimal edilir. Təyyarə qəzaya uğrayan əraziyə yaxınlıqda Rusiya bir neçə gün öncə yeni hava hücumundan müdafiə sistemləri yerləşdirib. Qəzanın səbəbləri araşdırılarkən onun Rusiya tərəfindən vurulması ehtimalının da diqqət mərkəzində olacağı gözlənilir.

Oxuməni.az