Rusiyada  anomal istilər hökm sürür

Rusiyada anomal istilər hökm sürür

25 Sentyabr 2020 08:49
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiyanın demək olar ki, bütün ərazisində temperatur normadan yüksəkdir.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

"Ölkə daxilində yaxın beş gündə havanın temperaturu normadan yüksək olacaq. Şimalda da havanın temperaturu 8-10 dərəcə yüksəkdir. Rusiyanın Avropa hissəsində normadan 4-5, Moskvada 5.5, cənubda isə 3-4 dərəcə yüksəkdir", - Vilfand bildirib.

Onun sözlərinə görə, isti hava paytaxt bölgəsində oktyabr ayının ilk günlərinə qədər davam edəcək.

Oxuməni.az