Zelenski Belarusa səfərini təxirə salıb

Zelenski Belarusa səfərini təxirə salıb

24 Sentyabr 2020 17:15
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusa səfərini təxirə salıb.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun Ukraynadakı səfirliyinin Facebook səhifəsində yayılan məlumatda deyilir.

Diplomatik nümayəndəlikdə Regionların İnkişafı Forumuna səfərin Ukrayna tərəfinin təşəbbüsü ilə təxirə salındığını bildiriblər. Kiyev onu 2021-ci ilə keçirməyi təklif edib.

Belarus tərəfi Ukrayna rəhbərliyinin bu qərarının hər iki ölkənin iqtisadiyyatına, regionlarla adi insanlar arasında əlaqələrə ziyan vuracağını bildirib.

Oxuməni.az