Kreml Putinin Nobel Sülh Mükafatına  namizədliyini irəli sürməyib

Kreml Putinin Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyib

24 Sentyabr 2020 15:25
Bəyəndim (2) Bəyənmədim (0)

Kreml Rusiya prezidenti Vladimir Putinin Nobel Sülh Mükafatını alması üçün namizədliyini irəli sürməyib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərlə söhbətində bildirib.

"Siz bilirsiniz ki, Putinin Nobel Sülh Mükafatına namizədliyini tamamilə fərqli insanlar irəli sürüblər. Onlardan biri də sizin xatırlatdığınız yazıçı Sergey Komkovdur", - deyə Kremlin nümayəndəsi bildirib.

"Əgər qərar qəbul olunarsa və Putinə Nobel Sülh Mükafatı verilərsə bu, çox gözəl olacaq. Əgər Putinə Nobel Sülh Mükafatı verilməsə, onda burada da qorxulu heç bir şey yoxdur", - deyə Peskov öz sözlərinə əlavə edib.

Daha əvvəl bir qrup rusiyalı ictimai xadim, o cümlədən yazıçı Sergey Komkov bildirmişdir ki, Rusiya liderinə Nobel Sülh Mükafatı verilməsi üçün Nobel Komitəsinə ərizə göndərmişdir. Ərizə sentyabrın 10-da Osloya göndərilib.

Oxuməni.az