Minskdə Aleksandr  Lukaşenkonun andiçmə mərasimi keçirilib

Minskdə Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib

23 Sentyabr 2020 15:10
Bəyəndim (2) Bəyənmədim (0)

Minskdə Müstəqillik Sarayında Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Oxuməni.az-ın kommersant.ru-ya istinadən verdiyi xəbərə görə, mərasim barədə əvvəlcədən məlumat verilməyib.

Lukaşenko sağ əlini Konstitusiyaya qoyaraq, Belarus dilində and içib. Daha sonra o, andiçmə aktını imzalayıb. Belarus Respublikasının Seçki və respublika referendumlarının keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina Belarus Respublikası Prezidentinin vəsiqəsini Aleksandr Lukaşenkoya təqdim edib.

Mərasimdə bir neçə yüz nəfər, o cümlədən Nümayəndələr palatasının deputatları və Respublika Şurasının üzvləri, dövlət orqanlarının, respublika KİV-lərinin rəhbərləri, elm, mədəniyyət və idman xadimləri iştirak ediblər. Qeyd edək ki, 2015-ci ildə Cənab Lukaşenkonun andiçmə mərasimində 1 mindən çox dəvət olunmuş şəxslər iştirak edib.

"Mən uşaqlarının gələcəyini Belarus dövlətinə ümid edən və dövlətçiliyimizə sadiq olan belarusluları taleyin hökmünə buraxa, onları ata bilməzdim və belə hüquqa da malik deyiləm",— deyə cənab Lukaşenko mərasimdə bildirib.

Oxuməni.az