Navalnı sağaldığına görə  xəstəxanadan çıxarılıb

Navalnı sağaldığına görə xəstəxanadan çıxarılıb

23 Sentyabr 2020 12:39
Bəyəndim (4) Bəyənmədim (0)

Aleksey Navalnının vəziyyəti yaxşılaşmaqda davam edir, onu xəstəxanadan artıq evə buraxsalar da müalicəsi davam etdiriləcək.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, həkimlər onun tam şəkildə sağalması üçün uzunmüddətli müalicəyə ehtiyac olduğunu bildirirlər.

Navalnının müalicə olunduğu "Şarite" klinikasından isə bildiriblər ki, o artıq sərbəst şəkildə gəzə və özünü idarə edə bilir, lakin mülaicə hələ davam etdirilməlidir.

"Xəstəliyin gedişi və xəstənin hazırkı vəziyyəti ilə əlaqədar müalicə edən həkimlər tam sağalmanı mümkün hesab edirlər", - deyə "Şarite" dən bildiriblər.

Oxuməni.az