Ermənistanda hakimiyyət dəyişikliyi baş verməlidir

Ermənistanda hakimiyyət dəyişikliyi baş verməlidir

23 Sentyabr 12:13
256
Bəyəndim (2) Bəyənmədim (0)

2023-cü ildə keçiriləcək növbəti parlament seçkilərində Ermənistanda hakimiyyət dəyişikliyi baş verməlidir. Mən hazırkı iqtidarın seçkilər yolu ilə dinc şəkildə hakimiyyəti təhvil verəcəyini gözləyirəm.
Oxuməni.az xəbər verir ki, bunu "Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, hazırkı hakimiyyətdən digər qlobal gözləntiləri yoxdur.

“Onlardan seçkiləri saxtalaşdırmayacaqlarını, inzibati resurslardan, super-premyer sistemindən istifadə etməyəcəklərini gözləyirəm. Həmçinin, ümid edirəm ki, seçkilərdə uğursuz olduqları təqdirdə hakimiyyəti dinc yolla təhvil verəcəklər və Ermənistanda ilk dəfə dinc hakimiyyət dəyişikliyi baş verəcək".

Marukyan koronavirus böhranının idarə olunması ilə bağlı ciddi narahatlıqların qaldığını deyib:

“Araşdırma komissiyası yaratdıq. Hesab edirəm ki, hazırda bir nömrəli vəzifə koronavirusun xalqımıza iqtisadi və sosial baxımdan vurduğu ziyanı neytrallaşdırmaq üçün epidemiya ilə əlaqəli səhvlərin təkrarlanmamasına əmin olmaqdır".

Oxuməni.az