Donald Tramp yenidən Con Boltonu "axmaq" adlandırıb

Donald Tramp yenidən Con Boltonu "axmaq" adlandırıb

22 Sentyabr 2020 09:18
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampla milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Con Bolton arasında soyuq müharibə davam edir.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Tramp növbəti dəfə Boltonun ünvanına təhqiramiz ifadələr işlədərək onu "axmaq" adlandırıb və ələ salıb. Tramp deyib ki, əgər bu axmağa qulaq assaydım, onda dünyada yeni müharibəyə cəlb olunacaqdıq.

Prezident seçkiləri öncəsi Ohayo ştatının Deyton şəhərində seçiciləri ilə görüşündə Tramp həmçinin prezidentliyə namizəd Co Baydeni də ələ salıb. Tramp Demokratlar partiyasından olan namizəd – seçkilərdəki rəqibi Co Baydenlə bağlı deyib ki, o qalib gəlsə, tarixin ən pis namizədinə seçkiləri uduzacağam.

Oxuməni.az