Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında  etiraz aksiyası keçirilib

Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

21 Sentyabr 2020 14:18
Bəyəndim (3) Bəyənmədim (0)

İsrail polisləri bazar ertəsi gecə baş nazir Benyamin Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında hökumətin istefası tələbi ilə keçirilən kütləvi etiraz aksiyası zamanı 11 nəfəri saxlayıblar.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin dövlət radiosu "Kan"ın yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Yerusəlimdə keçirilən aksiyada bir neçə min nəfər iştirak edib. "The Times of Israel" qəzeti yazır ki, Yerusəlimdə etiraz aksiyası sentyabrın 18-də sərt karantin rejiminin İsraildə tətbiqindən sonra ilk dəfə keçirilib. İsraillilərə üç həftə ərzində çörək, dərman almaq istisna olmaqla evdən bir kilometrdən artıq uzağa getmək qadağan edilib.

Oxuməni.az