ABŞ nüvə silahlarını Avropadan çıxarmaq niyyətində deyil

ABŞ nüvə silahlarını Avropadan çıxarmaq niyyətində deyil

21 Sentyabr 2020 09:19
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ nüvə silahlarını Avropadan çıxarmayacaq.

Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Kommersant"a müsahibəsində ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Bilinqsli bildirib.

Amerika tərəfinin nüvə silahının Avropadan çıxarılmasına razılıq verməyə hazır olub-olmadığı sualına cavabında o deyib: "Yox, biz bunu etməyəcəyik".

Daha sonra Bilinqsli deyib: "Lakin biz Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Biz Rusiya tərəfinin mövqeyinə çox ciddi yanaşırıq və birgə narahatlıq doğuran, eləcə də tərəflərdən birinin rahatsızlığına səbəb olan məsələlər üzrə peşəkar dialoq aparmağı vacib hesab edirik... Amma biz nüvə silahını Avropadakı hərbi anbarlardan çıxarmayacağıq".

O əlavə edib ki, bu zaman ABŞ Rusiyadan da Kalininqradla bağlı eyni şeyi tələb etmir.

Kalininqradın Rusiya ərazisi olduğunu, Avropa ölkələrinin ABŞ-ın tərkibinə daxil olmadığı xatırladılanda isə Bilinqsli deyib:"Siz soruşdunuz ki, bizdə nə narahatlıq doğurur. Biz də ona belə cavab verdik ".

Oxuməni.az