Əfqanıstanın özbək türkləri yaşayan Məzari-Şərif şəhərində terror aktı törədilib
Əfqanıstanın Bəlx vilayətinin özbək türkləri yaşayan Məzari-Şərif şəhərində terror aktı törədilib.
Oxuməni.az xəbər verir ki, şəhərin mərkəzində əl arabasına quraşdırılan bomba polis avtomobili keçən zaman partladılıb.
Nəticədə 1 dinc sakin ölüb, 5 nəfər isə yaralanıb. Qeyd edək ki, terror aktını hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.
Oxuməni.az
Digər xəbərlər