Liviya Dövlət Şurasının sədri Xalid əl Misri Millətlər Təşkilatına (BMT) müraciət edib

Liviya Dövlət Şurasının sədri Xalid əl Misri Millətlər Təşkilatına (BMT) müraciət edib

18 Sentyabr 2020 10:52
Bəyəndim (1) Bəyənmədim (0)

Liviya Dövlət Şurasının sədri Xalid əl Misri ölkədə Konstitusiya referendumlarının keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı Xalid əl Mişri mətbuata açıqlamasında BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərdiyini deyib.

Misri məktubda yeni Konstitusiyanın 2 ildən çoxdur hazır olduğunu, ölkədəki mövcud duruma görə referendumun keçirilə bilmədiyini yazıb.

O, beynəlxalq hüquq çərçivəsində BMT-dən Liviyaya referendumun keçirilməsi məsələsində yardım etməsini xahiş edib.

Oxuməni.az