Türkiyə ilə  NATO arasında Şərqi Aralıq dənizi məsələsi müzakirə edilib

Türkiyə ilə NATO arasında Şərqi Aralıq dənizi məsələsi müzakirə edilib

18 Sentyabr 2020 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Oxuməni.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Aralıq dənizinin şərq hissəsində baş verən gərginliyi müzakirə ediblər.

Çavuşoğlu Türkiyənin Şərqi Aralıq dənizində hüquqlarının olduğunu və bu məsələdə Avropanın ədalətli mövqe nümayiş etdirməsinin vacibliyini bildirib.

Oxuməni.az