Avropa Parlamenti Belarusa və Rusiyaya sanksiyalar tətbiq etməyi tələb edib

Avropa Parlamenti Belarusa və Rusiyaya sanksiyalar tətbiq etməyi tələb edib

17 Sentyabr 2020 16:46
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa Parlamenti Aleksandr Lukaşenkonu hazırkı səlahiyyət müddəti bitdikdən sonra prezident kimi tanımaqdan imtina edib və onu dəstəkləyən Rusiya vətəndaşlarına qarşı sərt, o cümlədən maliyyə sanksiyalarının tətbiq olunmasını tələb edib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin cümə axşamı Belarusla bağlı qəbul etdiyi qətnaməsində deyilir.

Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır və hətta Aİ təsisatları tərəfindən də yerinə yetirilməsi vacib deyil.

"Avropa parlamenti Belarusda avqustun 9 - da keçirilən seçkiləri rədd edir və Aleksandr Lukaşenkonu hazırkı səlahiyyət müddəti bitdikdən sonra onu prezident kimi tanımır", - deyə qətnamədə oqeyd edilib.

Sənədddə həmçinin seçkilərin nəticələrinin saxtalaşdırılmasında və etiraz aksiyalarının dağıdılmasında iştirak edən Belarus rəsmilərinə, o cümlədən bu prosesdə əli olan bəzi Rusiya vətəndaşlarına qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi də vurğulanıb.

Oxuməni.az