Türkiyə İdlibdə əsgərlərinin sayını azaltmayacaq

Türkiyə İdlibdə əsgərlərinin sayını azaltmayacaq

17 Sentyabr 2020 11:57
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyə və Rusiya hərbi heyətləri arasında keçirilən görüş gərgin olub.

Oxuməni.az xəbər verir ki, bu barədə “Milliyət” qəzeti məlumat yayıb.

Məlumata görə, görüşdə Rusiya Türkiyədən İdlibdəki əsgərlərinin sayını azaltmasını tələb edib. Rusiyanın tələbi Türkiyə tərəfindən rədd edilib. Bu səbəbdən heyətlər arasında gərginlik artıb. Ankara martın 5-də imzalanan atəşkəs razılaşmasına riayət edilməsi ilə bağlı yenidən çağırış edib.

Qeyd edək ki, son vaxtlarda Rusiyanın İdlibə hücum təşkil edəcəyi haqda da məlumatlar yayılır.

Səda

Oxuməni.az