Pentaqon Rusiya və Çini ABŞ-ın əsas rəqibləri adlandırıb

Pentaqon Rusiya və Çini ABŞ-ın əsas rəqibləri adlandırıb

17 Sentyabr 2020 09:48
Bəyəndim (1) Bəyənmədim (0)

Pentaqon rəhbəri Mark Esper Rusiya və Çini ABŞ-ın əsas strateji rəqibləri adlandırıb.

Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, Esper deyib ki, hər iki dövlət öz Silahlı Qüvvələrini müasirləşdirir, həmçinin kosmik və kiberməkanda öz imkanlarını genişləndirir. "Birləşmiş Ştatlar və onların tərəfdaşları əsas prinsiplərini və həyat tərzini müdafiə etməyə davam etməlidirlər. Və biz bunu etməkdə qərarlıyıq",- deyə Esper bildirib.

Xatırladaq ki, 2021-ci maliyyə ili üçün Amerika büdcəsi layihəsində Rusiya və Çin ABŞ üçün əsas təhlükə ocaqları adlandırılıb. Rusiya və Çindən gələn təhlükə ilə bağlı Ağ Ev təklif edib ki, hərbi xərclərə əlavə olaraq 700 milyon dollar vəsait ayrılsın. Bu vəsait ABŞ-ın Avropa, Avrasiya və Mərkəzi Asiyadakı müttəfiqlərinin dəstəyinə və ümumi təhlükəsizliyin möhkəmlənməsinə yönəldiləcək. Əlavə olaraq, 24 milyon dollar da "Rusiya təbliğatı və dezinformasiya"ilə mübarizəyə sərf edilməsi planlaşdırılır.

Oxuməni.az