Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen  Türkiyə barədə yalan danışıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Türkiyə barədə yalan danışıb

17 Sentyabr 2020 09:19
Bəyəndim (3) Bəyənmədim (0)

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropa Birliyinin Türkiyəyə miqrantlarla bağlı əhəmiyyətli dərəcədə iqtisadi yardım göstərməsi haqda dedikləri cəfəngiyyatdır.

Oxuməni az xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə Avropa Birliyinin (AB) Cənubi Kipr və Yunanıstana Şərqi Aralıqda baş verən qarşıdurmada dəstək verməsi haqda danışarkən axar.az-a açıqlamasında deyib.

O bildirib ki, Ursula fon der Lyayenin açıqlaması Fransanın maraqlarına əsaslanır:

“Avropa Birliyi (AB) Cənubi Kipr və Yunanıstana dəstək verərək rəsmi Ankaraya arxa çevirmiş oldu. Düzdür, verilən dəstək bəyanat formasında olsa da, nəticə etibarilə konkret mövqedir. Təəssüf ki, Avropa Birliyi milyonlarla miqranta ev sahibliyi edən Türkiyəyə qarşı qərəzli mövqe sərgiləyir. İttifaqın Ankaraya göstərdiyi dəstək miqrantların bir illik tələbatının 10 faizi həcmində belə deyil. Bu mənada Türkiyəyə qarşı belə qərəzli mövqe sərgiləmək AB-ni miqrant problemi ilə üz-üzə qoya bilər.

Türkiyənin regionda qonşularını qorxutmaq kimi bir cəhdi yoxdur. Avropa Birliyi Kipr və Yunanıstanın qanuni, suveren hüquqlarını qorumaq yerinə, tərəfləri uzlaşdırmalıdır. Bu, münaqişənin tək həll yoludur”.

Qeyd edək ki, Ursula fon der Lyayen Türkiyəni miqrantlara ev sahibliyi etdiyini görə “kifayət qədər maliyyə dəstəyi ilə” təmin etdiklərini bildirmiş, Aralıq dənizinin şərqində yaşanan gərginliklə bağlı isə Yunanıstan və Cənubi Kiprin mövqeyini bölüşdüklərini açıqlamışdı.

Oxuməni.az