Tixonovskaya Lukaşenkoya təhlükəsizlik zəmanəti verəcəyini vəd edib
Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixonovskaya hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya dinc yolla hakimiyyətdən gedəcəyi təqdirdə onun təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirib.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Tixonovskaya Ukraynanın "Sol sahil" nəşrinin jurnalistlərinin suallarına cavabında Aleksandr Lukaşenkoya təhlükəsizlik zəmanətinin verilməsinin mümkün olduğunu bildirib. Ancaq o qeyd edib ki, bunun üçün Lukaşenko gərək dinc yolla hakimiyyətdən getsin.
Lakin Tixonovskaya bu zəmanətin nədən ibarət olacağına aydınlıq gətirməyib.
Oxuməni.az
Digər xəbərlər