Belarusda prezident seçkiləri bir sıra məqamlara görə ideal keçmədi

Belarusda prezident seçkiləri bir sıra məqamlara görə ideal keçmədi

16 Sentyabr 08:54
441
Bəyəndim (2) Bəyənmədim (0)

Belarusda prezident seçkiləri bir sıra məqamlara görə ideal keçmədi, lakin seçicilərin böyük əksəriyyəti qalibi müəyyən etdi və bunu şübhə altına qoymaq çətindir.

Oxuməni.az xəbər verir ki, bu sözləri Belarus Xarici İşlər naziri Vladimir Makey Tvitter səhifəsində yazıb.

“Bilmək istəyirəm ki, hansı haqla Avropa Birliyi üzvləri özlərini belaruslarla bir səviyyədə tutur və belarus xalqının seçki nəticələri ilə bağlı qərar verir? Prinsip etibarı ilə hər xarici oyunçu digər ölkələrdəki seçki nəticələrinə etiraz etsə, dünya hara gedəcək”, - deyə Makey bildirib.

Qeyd edək ki, Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-qanuni yolla seçkilərdə qalib gəldiyini və bu ölkə hakimiyyətinə qarşı sanksiya tətbiqinin nəzərdən keçirildiyini bəyan edib.

Oxuməni.az