Ukrayna parlamenti  Belarusda  prezident seçkilərinin gedişini və yekunlarını pisləyən bəyanat qəbul edib

Ukrayna parlamenti Belarusda prezident seçkilərinin gedişini və yekunlarını pisləyən bəyanat qəbul edib

15 Sentyabr 2020 14:34
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynanın Ali Radası (parlament) Belarusda keçirilən prezident seçkilərinə dair bəyanat qəbul edib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bəyanatda Belarusda seçkilərin azad və demokratik keçirilmədiyi xüsusi vurğulanıb Bu bəyanatın qəbul edilməsi üçün ona minimum 226 deputat səs verməli idi. Bəyanatın qəbul edilməsinə bundan daha çox 228 deputat səs verib.

"Ukraynanın Ali Radası hesab edir ki, Belarusda prezident seçkiləri azad, və ədalətli keçirilməyib. Seçkilərdə namizədlərin hüquqlarə pozulub, KİV azadlığı təmin edilməyib və əksər beynəlxalq təşkilatlar ona müşahidəçi göndərməkdən imtina ediblər", - deyə sənəddə bildirilir.

Oxuməni.az