Vladimir Jirinovski “Belarus ssenarisi”nin Rusiyada təkrarlana biləcəyini söyləyib

Vladimir Jirinovski “Belarus ssenarisi”nin Rusiyada təkrarlana biləcəyini söyləyib

14 Sentyabr 2020 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya sağ radikal millətçisi, Liberal-demokratiyasının (RLDP) lideri Vladimir Jirinovski “Belarus ssenarisi”nin Rusiyada təkrarlana biləcəyini söyləyib.

O, bu barədə özünün teleqram-kanalında yazıb.

“Xabarovsk küçələrə çıxıb, bütün Belarus ayağa qalxıb. Nümunələr göz önündədir. Lakin bunların bütün Rusiyada baş verməsini önləmək üçün heç bir addım atılmır”, - deyə rusiyalı siyasətçi yazıb.

“Biz yeddi millik addımlarla Belarus ssenarisinə doğru gedirik. Düz 20 ildir eyni partiya seçkilərdə, həm də böyük fərqlə qalib gəlir. Məgər seçkilərin sabahı günü insanlar küçələrə gülər üzlə çıxırlar? Xeyr. Onların bir çoxu artıq iyrəniblər!” - deyə Vladimir Jirinovski qeyd edib.

Oxuməni.az