Almaniya  gələn həftə Minskə qarşı sanksiyaların razılaşdırılacağına ümid edir

Almaniya gələn həftə Minskə qarşı sanksiyaların razılaşdırılacağına ümid edir

14 Sentyabr 16:33
371
Bəyəndim (3) Bəyənmədim (0)

Berlində ümid edirlər ki, Aİ ölkələrinin XİN başçıları sentyabrın 21-də Brüsseldə keçiriləcək görüşdə Belarus hakimiyyətinə qarşı sanksiyaları razılaşdıra biləcəklər.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən brifinqdə AFR XİN nümayəndəsi Mariya Adebar bildirib.

"Biz Aİ - də prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına məsul şəxslərə qarşı yönələn sanksiyalar paketinin reallaşdırılması üzərində fəal işləyirik. Gələn bazar ertəsi Brüsseldə Aİ - nin 27 ölkəsinin xarici işlər nazirləri görüşəcək, yəqin ki, bu mövzu müzakirə olunacaq", - deyə Adebar bildirib.

"Mən deyə bilmərəm ki, növbəti bazar ertəsi Belarusa sanksiyalar tətbiq edilməsinə görə hansı qərar qəbul ediləcək. Ancaq sanksiya haqqında qərar qəbul edilsə biz bunu alqışlayacağıq. Bu, yüksək vəzifəli məmurlara təsir edəcək məqsədyönlü sanksiyalar olmalıdır", - deyə Adebar qeyd edib.

Oxuməni.az