ABŞ və Yunanıstan Qərbi Trakiyada birgə təlimlərə başlayıb

ABŞ və Yunanıstan Qərbi Trakiyada birgə təlimlərə başlayıb

14 Sentyabr 2020 16:10
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ və Yunanıstan Qərbi Trakiyada birgə hərbi təlimlərə başlayıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə yunan mətbuatı məlumat yayıb.

Təlimlər türklərin sıxlıq təşkil etdiyi Petrohori (İşkeçe qayalar) bölgəsində, bu gün başlayıb və 18 sentyabra qədər davam edəcək.

Təlimləri Yunanıstan ordusunun Baş Qərargah rəisi Konstantinos Floros, ABŞ-ın Avropadakı yüksək rütbəli zabitləri və Yunanıstandakı səfiri Cefri Payet izləyirlər.

Bildirilir ki, təlimlərdə ABŞ-ın M1A2 “Abrams” tankları ilə Yunanıstan ordusuna aid LEO2HEL və LEO2A4 tankları hərəkət zamanı sabit hədəflərə atış icra edəcəklər.

Səda

Oxuməni.az