İsveçrə hökuməti Gülnarə Kərimovaya məxsus 131 milyon dolları Özbəkistana geri qaytaracaq

İsveçrə hökuməti Gülnarə Kərimovaya məxsus 131 milyon dolları Özbəkistana geri qaytaracaq

14 Sentyabr 2020 15:30
Bəyəndim (3) Bəyənmədim (0)

İsveçrə və Özbəkistan ölkənin ilk prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın aktivlərindən 131 milyon dolların qaytarılması barədə razılığa gəliblər.

Oxuməni.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.

Qeyd olunur ki, tərəflər İslam Kərimovun qızına qarşı cinayət işinin araşdırması çərçivəsində artıq müsadirə olunan vəsaitin Daşkəndə qaytarılması haqqında çərçivə sazişi imzalayıblar. Bu hesablarda ümumi məbləğ 800 milyon İsveçrə frankıdır. İsveçrə Prokurorluğu onları 2012-ci ildə dondurub.

Bununla yanaşı, hələlik tərəflər razılığa gəliblər ki, Özbəkistana 131 milyon dollar pul veriləcək ki, bu da 2019-cu ildə müsadirə edilib. Bu pul Özbəkistan sakinlərinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməlidir.

Oxuməni.az