Türkiyə XİN ABŞ-ı Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırmaqda ittiham edib

Türkiyə XİN ABŞ-ı Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırmaqda ittiham edib

14 Sentyabr 2020 10:06
Bəyəndim (3) Bəyənmədim (0)

“ABŞ-la Kipr Respublikası arasında imzalanmış memorandum Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcək”.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun sözügedən sənədə münasibətində bildirilir.

H.Aksoyun sözlərinə görə, ABŞ-ın bölgədəki son qərarı burada gərginliyi artırır. Bundan başqa, razılaşma “Kipr məsələsi”nin həllini poza bilər.

Türkiyəli diplomat onu da əlavə edib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Kipr Respublikasına səfəri zamanı türk cəmiyyətinin nümayəndələri ilə görüşməyib.

Oxuməni.az