Boliviyada seçkilər 18 oktyabrda keçiriləcək

Boliviyada seçkilər 18 oktyabrda keçiriləcək

14 Avqust 10:40
2 055
Bəyəndim (2) Bəyənmədim (0)

Boliviya prezidentinin səlahiyyətlərini icra edən Janin Aqnes prezident və parlament seçkilərinin 18 oktyabr tarixinə təxirə salınmasını təmin edən qanun imzalayıb.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, qanuna əzsasən 18 oktyabr səsvermənin son qəbul edilən tarixi olacaq və təxirə salına bilməz. Sənəddə seçkiləri təxirə salmağa cəhd edə biləcəklər üçün cinayət məsuliyyəti də nəzərdə tutulur.

Boliviyanın sabiq prezidenti Evo Morales sənədin qəbul edilməsini alqışlayıb.

Oxuməni.az