Venesuela Rusiya peyvəndini istifadə etməyə hazırdır

Venesuela Rusiya peyvəndini istifadə etməyə hazırdır

13 Avqust 2020 11:19
Bəyəndim (3) Bəyənmədim (0)

Venesuela hakimiyyəti Rusiyanın yeni növ koronavirusa qarşı “Sputnik V” peyvəndindən istifadə etməyə hazırdır.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov deyib.
Səfirin sözlərinə görə, Venesuela tərəfi peyvənd hələ qeydiyyata alınmazdan əvvəl onun klinik sınaqlarında iştirak etməyə hazır olduğunu açıqlayıb.
Bununla belə səfir peyvəndin ölkəyə çatdırılma vaxtı barədə danışmağın hələ tez olduğunu söyləyib. O əlavə edib ki, məsələnin həlli üçün aktiv işlər görülür.
Xatırladaq ki, avqustun 11-də Rusiya dünyada ilk olaraq koronavirus peyvəndini qeydə alıb. "Sputnik V" adlanan peyvənd 2021-ci ilin yanvarın 1-dən mülki dövriyyəyə buraxılacaq.

Oxuməni.az