Moskvada koronavirusdan daha 11 nəfər ölüb

Moskvada koronavirusdan daha 11 nəfər ölüb

13 Avqust 2020 09:30
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.

Oxuməni.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 622 nəfərə çatıb.

Oxuməni.az