Belarus prezidentliyinə namizədlər seçkilərin nəticələrinə şikayət etdi

Belarus prezidentliyinə namizədlər seçkilərin nəticələrinə şikayət etdi

12 Avqust 15:54
4 359
Bəyəndim (1) Bəyənmədim (0)

Belarus prezidentliyinə alternativ namizədlər respublika MSK-da dövlət başçısının seçkilərinin nəticələrinə etiraz ediblər.

Oxuməni.az "RİA Novosti"yə istinadən xəbər verir ki, prezidentliyə namizəd Anna Kanopatskaya MSK-ya ümumilikdə ölkə üzrə dövlət başçısının seçkilərinin etibarsız sayılması ilə bağlı şikayət verib.

Sergey Çereçen həmçinin bildirib ki, ötən gün avqustun 9-da keçirilmiş seçkilərin etibarsız sayılması barədə Respublika MSK-ya şikayət verib.

Bundan başqa, Andrey Dmitriyev bildirib ki, MSK-ya seçkilərin yekunlarını tanımadığı və səslərin yenidən hesablanmasını tələb edən şikayət verib.

Avqustun 11-də Belarus MSK-da ölkənin prezidentliyinə namizəd Svetlana Tixanovskayanın seçkinin nəticələri ilə bağlı şikayətini qeydə aldıqlarını bildiriblər.

Avqustun 10-da Belarus Mərkəzi Seçki Komissiyası Respublika Prezidenti seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Oxuməni.az