Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
Cənubi Koreyada aramsız güclü yağışlar onlarla insanın ölümünə səbəb olub.
Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində 33 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 9 nəfər isə itkin düşmüş sayılır.
Məlumata əsasən, güclü yağışlar səbəbindən 7 mindən artıq insan təxliyə edilib, 6 minə yaxın yaşayış evinə, istixanalara, 2,5 min heyvandarlıq təsərrüfatına və anbarlara zərər dəyib.
Bildirilir ki, ölkə üzrə 27 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahələri su altında qalıb.
Oxuməni.az
Digər xəbərlər