Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb

Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb

12 Avqust 2020 09:58
Bəyəndim (3) Bəyənmədim (0)

İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, raket dövlət qurumlarının və xarici diplomatik missiyalarının, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.

İnsident nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, "yaşıl zona" Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.

Oxuməni.az