Moskvada koronavirusdan daha 13 nəfər ölüb

Moskvada koronavirusdan daha 13 nəfər ölüb

10 Avqust 10:42
1 262
Bəyəndim (8) Bəyənmədim (0)

Moskvada son sutka ərzində koronavirusdan 13 nəfər dünyasını dəyişib.

Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtda pandemiya dövründə yeni virusdan ölənlərin sayı 4585 nəfərə çatıb.

Bu günədək ümumilikdə 247 min yoluxma halı qeydə alınıb, onlardan 189 mindən çoxu sağalıb.

Qeyd edək ki, Rusiyada ümumilikdə 887 min yeni virusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 693 mindən çoxu sağalıb, 14 931 nəfər dünyasını dəyişib.

Oxuməni.az