Tramp: "ABŞ Livana əlavə yardım göndərəcək"

Tramp: "ABŞ Livana əlavə yardım göndərəcək"

10 Avqust 09:28
773
Bəyəndim (9) Bəyənmədim (0)

ABŞ Livana Beyrutda baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması üçün əlavə yardım göndərəcək.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Livanla bağlı çox əhəmiyyətli bir konfrans keçirdik. Bir çox suallar hazırlanmışdı <...>, bir çox ölkə kömək etmək niyyətindədir".

ABŞ prezidenti xatırladıb ki, onun ölkəsi artıq Livana artıq üç C-17 hərbi-nəqliyyat təyyarəsi ilə qida və tibbi ləvazimatlar göndərib.

Oxuməni.az