Etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib

Etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib

8 Avqust 2020 20:50
Bəyəndim (18) Bəyənmədim (2)

Beyrutda hökumət əleyhinə keçirilən aksiyada etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib.

Oxuməni.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məlumata görə, aksiya iştirakçıları nazirliyin binasına daxil olub.

Livanın Qırmızı Xaç Cəmiyyəti Tvitter səhifəsində isə aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 110-a yaxın insanın yaralandığını qeyd edib.

Bundan əlavə, etirazçıların parlament binasını da ələ keçirdiyi barədə məlumat yayılıb.

Oxuməni.az