Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə ilə ittifaq arasındakı münasibətləri müzakirə edəcəklər

Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə ilə ittifaq arasındakı münasibətləri müzakirə edəcəklər

7 Avqust 10:14
1 952
Bəyəndim (39) Bəyənmədim (0)

Avropa İttifaqına (Aİ) üzv ölkələrinin xarici işlər nazirləri Aİ Şurasının qeyri-rəsmi iclasında Türkiyə ilə ittifaq arasındakə münasibətləri müzakirə edəcəklər.

Oxuməni.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Maltada Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel və Türkiyənin XİN rəhbəri Mevlüt Çavuşoğlu arasında keçirilən görüşün yekunları üzrə bildirilib.

Məlumata əsasən, Aİ Şurasının qeyri-rəsmi iclası 27-28 avqust tarixlərində Berlində keçiriləcək.

Bildirilir ki, Türkiyə Avropa İttifaqının vacib tərəfdaşıdır: "Aİ-yə üzv ölkələr mövcud mənfi tendensiyaları aşaraq qarşılıqlı münasibətlərin gücləndiyini görmək istəyirlər".

Oxuməni.az