Belarus Prezidenti vəzifəsinə seçkilərdə növbədənkənar səsvermənin ilk iki günündə seçici fəallığı 12,75 faiz təşkil edib

Belarus Prezidenti vəzifəsinə seçkilərdə növbədənkənar səsvermənin ilk iki günündə seçici fəallığı 12,75 faiz təşkil edib

6 Avqust 2020 15:47
Bəyəndim (11) Bəyənmədim (2)

Belarus Prezidenti vəzifəsinə seçkilərdə növbədənkənar səsvermənin ilk iki günündə seçici fəallığı 12,75 faiz təşkil edib.

Oxuməni.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat verib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Brest vilayətində region üzrə seçicilərin siyahısına daxil edilmiş vətəndaşların ümumi sayının 11,26 faizi səs verib. Vitebsk vilayətində bu göstərici 12,16 faiz, Qomel vilayətində 16,44 faiz, Qrodno vilayətində 10,01 faiz təşkil edib.

Minsk vilayətində növbədənkənar səsvermənin ilk iki günü ərzində seçicilərin 12,61 faizi, Mogilyov vilayətində 14,61 faizi, Minskdə isə 11,73 faizi səsvermə məntəqələrinə gəliblər.

Adı siyahıya daxil edilən seçicilərin ümumi sayı 6.836.585 nəfər olub.

Seçkilərdə növbədənkənar səsverməyə avqustun 4-də start verilib. Səsvermə avqustun 8-dək (həmin tarix də daxil olmaqla) davam edəcək.

Oxuməni.az