Lukaşenkonun rəqibi Merkeldən kömək istədi

Lukaşenkonun rəqibi Merkeldən kömək istədi

5 Avqust 2020 13:00
Bəyəndim (1) Bəyənmədim (0)

Belarus prezidenti postu uğrunda mübarizədə Aleksandr Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya Almaniya kansleri Angela Merkeldən yardım istəyib.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, Tixanovskaya Bild qəzetinə müsahibəsində deyib: "Xanım Merkel, Lukaşenko ilə əlaqə saxlayın. İstədiyimiz hər şey ədalətli seçkilərdir".

Prezidentliyə namizəd Lukaşenkonu Belarusiyanı "viran" etdiyinə görə tənqid edib və həyatına görə qorxduğunu bildirib.

Belarus Prezidenti seçkiləri avqustun 9-da keçiriləcək.

Oxuməni.az