Beyrutdakı ölümcül partlayışda Rusiya izi? VİDEO

Beyrutdakı ölümcül partlayışda Rusiya izi? VİDEO

5 Avqust 2020 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

AFP-nin məlumatına görə, 100-dən artıq insan Livanın paytaxtı Beyrutdakı partlayış nəticəsində həlak olub, 4 minə yaxın insan yaralanıb.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, anbarda saxlanılan bir neçə min ton ammonyak selitrası partladılıb.

Detonasiyanın gücü 3,5 bal gücündə zəlzələyə bərabər olub. Bu barədə alman ekspertləri bildiriblər.

Beyrutun xəstəxanaları doludur. Livan prezidenti Mişel Aun ölkədə üç günlük matəm elan edib.

Son məlumatlara görə Beyrutdakı partlayışa səbəb olan 2750 ton kübrə 2014-cü ildən Rosus gəmisindən boşaldılıb. Gəminin sahibi hazırda Kiprdə yaşayan rusiyalı biznesmen İqor Qreçuşqindir.

2010-cu ildə Gürcüstanın Batumi limanından Mozanbikə aparılmaq üçün gəmiyə yüklənən kübrə texniki nasazlıq səbəbindən Beyrutda dayanmış və yerli anbara boşaldılmışdır. Bəzi məlumatlara görə partlayışda Rusiyanın izi hiss olunur.

Oxuməni.az