Livanın Baş naziri Beyrutda partlayışların səbəbini açıqlayıb

Livanın Baş naziri Beyrutda partlayışların səbəbini açıqlayıb

5 Avqust 2020 11:47
Bəyəndim (0) Bəyənmədim (1)

Livanın Baş naziri Beyrutda partlayışların səbəbini açıqlayıb.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, Livanın Baş naziri Hassan Diab Beyrutdakı dağıdıcı partlayışın səbəbinin 2750 ton ammonyak selitrinin lazımi qaydada saxlanılmaması olduğuna dair ilkin məlumatı təsdiqləyib.

Diab selitrun 6 il ərzində anbarda müvafiq təhlükəsizlik tədbirləri olmadan saxlanıldığını və bunun üçün məsul şəxsi tapmaq və ona "ən sərt cəza tədbirləri" tətbiq etmək lazım olduğunu söylədi. O, həmçinin hadisənin araşdırılması üçün komissiyanın yaradılmasını təklif edib.

Bundan başqa, Baş nazir Beyrutda iki həftə müddətinə fövqəladə vəziyyət elan edilməli olduğunu bildirib.

Xatırladaq ki, ən güclü partlayış çərşənbə axşamı axşam saatlarında Beyrut limanında baş verib.

Oxuməni.az

.