Leonid Kravçuk Donbasla bağlı Minsk Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri təyin edilib

Leonid Kravçuk Donbasla bağlı Minsk Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri təyin edilib

31 İyul 2020 14:48
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski eks-prezident Leonid Kravçuku Donbasla bağlı Minsk Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri təyin edib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı Ukrayna Prezidentinin mətbuat xidməti yayıb.

Kravçukun bu danışıqlarda təcrübəsi olduğu bildirilib.

Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbasdakı münaqişənin həlli üzrə təmas qrupunundan çıxmışdı.

Oxuməni.az